“Qarabağ” “Ayaks”ın yetirməsini transfer edir?

“Qarabağ” “Ayaks”ın yetirməsini transfer edir?
11:53

Kiprin “Pafos” klubunun qapıçısı Cey Qorter karyerasını Azərbaycanda davam etdirə bilər.

News365.az Niderland mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı qolkiperlə “Qarabağ”ın maraqlandığı deyilir. 

“Pafos”da yaşanan maliyyə problemlərinə görə qapıçının oranı tərk etmək istədiyi deyilir. Düzdür, o daha çox ölkəsində oynamaq variantı axtarır. Amma “Qarabağ”ın təklifini də dəyərləndirə bilər. Üstəlik, “Pafos” bu qapıçı üçün böyük transfer məbləği tələb etmir. 

Qeyd edək ki, Cey Qorter “Pafos”a ötən ilin yayında “Ayaks”dan keçib və o, niderland klubunun yetirməsidir. Onun Kipr klubu ilə müqaviləsi 2028-ci ilə qədərdir.


Sizin reklam burada
Sizin reklam burada