Adətən yaşlı nəsil qar yağanda "mikroblar öldü" deyərək, xəstəliklərin azalacağını iddia edir. Artıq bir neçə gündür ökə ərazisinda qarlı-şaxtalı hava şəraiti müşahidə olunur.
Bəs qarın yağması xəstəliklərin azalmasında rol oynayırmı?
Mövzu ilə bağlı News365.az-a açıqlama verəm həkim-terapevt Etibar Süleymanov bildirib ki, ümumiyyətlə qarlı-şaxtalı havalar mövsümi xəstəliklərə elə də güclü təsir etmir. Ancaq elə viruslar var ki, onların yaşaması üçün havanın temperaturu 6 və 10 dərəcədən yuxarı olmalıdır. Qarlı havalarda bu kimi viruslar ölür:
"Qarın ən üstün cəhətlərindən biri havanın çirkliliyinin azalmasıdır. Qar atmosferdəki toz hissəciklərini və mikroorqanizmləri yerə çökdürə bilər. Bu, havada virus və bakteriyaların yayılmasını azaldır. İnsanlar qarlı havada çöldə daha az vaxt keçirirlər. Bu, xüsusilə açıq havada yayılan bəzi virus və bakteriyaların insandan insana keçmə ehtimalını da azalda bilər".
Onun sözlərinə görə, lakin qar yağması xəstəliklərin tamamilə qarşısını almır. Qapalı məkanlarda insanlar bir-biri ilə daha çox təmasda olduğu üçün qrip və digər tənəffüs yolu infeksiyaları yenə də yayıla bilər.