Qaqauz siyasətçi saxlanıldı

Qaqauz siyasətçi saxlanıldı
25 Fev 2025 23:30

Qaqauz Respublikası İcraiyyə Komitəsinin müavini Viktor Petrov Kişinyov hava limanında saxlanılıb.


News365.az xəbər verir ki, bu barədə “Birinci Moldova” telekanalı bildirib.


"Qaqauziya İcraiyyə Komitəsinin sədr müavini Viktor Petrov Kişinyov hava limanının gəliş zonasında, sərhəd nəzarətində saxlanılıb. Mənbələrimizə görə, Petrov İstanbuldan saat 18:40-da (Bakı vaxtı ilə 20:40) Moldovaya çatıb", - məlumatda deyilir. Bu, muxtariyyət rəhbərliyinin hava limanında saxlanması ilə bağlı ilk hal deyil - ötən həftə Qaqauz hökuməti muxtariyyət Xalq Məclisinin (parlament) sədri Dmitri Konstantinovun ölkədən çıxışını qadağan edən Moldova hakimiyyətinin hərəkətlərini pisləyib.


Sizin reklam burada
Sizin reklam burada