Qadına xəsarət yetirdi, amma cəzalanmadı

Qadına xəsarət yetirdi, amma cəzalanmadı
17:40

Bakının Qaradağ rayonunda orta yaşlı kişi qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı qadına xəsarət yetirib. 

News365.az-ın məlumatına görə, hadisə bu ilin yanvarın 17-də rayonun Lökbatan qəsəbəsi, “Cənub Qapısı” yaşayış massivində baş verib. 

1998-cu il təvəllüdlü Tural həmin gün saat 20:00-da yaşadıqları mənzilin giriş qapısında arvadı Sara (adlar şərtidir – red.) ilə mübahisə edib. 

Aralarında yaranmış qısqanclıq münasibətləri zəminində baş vermiş mübahisə zamanı əl zərbəsi ilə Saranın sifət və qol nahiyəsinə qəsdən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Faktla bağlı Turalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, həmçinin əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını deyib. 

Zərərçəkmiş də ifadəsində onun dediklərini təsdiqləyib. O bildirib ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilib, buna görə də onunla barışıq əldə edib, ona qarşı şikayətini geri götürüb. 

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib./// demokrat.az


Sizin reklam burada
Sizin reklam burada