Putinlə xalq arasındakı "gizli müqavilə" POZULDU: Müharibə Moskvaya çatdı

Putinlə xalq arasındakı "gizli müqavilə" POZULDU: Müharibə Moskvaya çatdı
14:20

Rusiya-Ukrayna müharibəsinin coğrafiyası genişləndikcə, Kremlin daxili siyasətdə illərdir qoruduğu balans dərindən sarsılmağa başlayıb. Rusiyanın böyük şəhərlərində yaşayan əhali artıq müharibənin acı nəticələrini öz üzərində hiss edir.

News365.az xəbər verir ki, məsələni şərh edən tanınmış politoloq Şahin Cəfərli Rusiya Prezidenti Vladimir Putinlə ölkə əhalisi arasında uzun illərdir mövcud olan yazılmamış sazişin artıq qüvvədən düşdüyünü bəyan edib.

"Böyük şəhərlərin əhalisi müharibəni hiss etməməli idi"

Ş. Cəfərli qeyd edib ki, Kremlin daxili sabitliyi qorumaq üçün apardığı strategiya artıq iflasa uğrayır:

"Putinlə, yəni Putin rejimi ilə Rusiya əhalisi arasında bir yazılmamış ictimai müqavilə var idi. O ictimai müqaviləyə əsasən hakimiyyət, yəni Putin öz üzərinə öhdəlik götürürdü ki, 'mən xaricdəki öz xarici siyasətim, mənim sanki ölkə xaricindəki hərbi avantüralarım, bunlar sizin həyatınıza təsir göstərməyəcək'. Yəni Rusiya hakimiyyəti maksimum çalışırdı ki, əhalinin vəziyyətində, sosial-iqtisadi vəziyyətində, onların təhlükəsizliyinin təminatında hər hansı problem yaranmasın. Və Rusiya əhalisi ölkənin xaricdə apardığı əməliyyatları öz həyatında hiss eləməsin, yəni neqativ şəkildə hiss eləməsin. Və buna son vaxtlara qədər nail olunurdu".

"İtkilər Moskvadan yox, ucqarlardan və qeyri-ruslardan idi"

Ekspert Rusiyanın əvvəlki hərbi kampaniyalarını xatırladaraq bildirib ki, həm Suriya, həm də 2008-ci il Gürcüstan müdaxiləsi Rusiya cəmiyyətinə ciddi təsir etməmişdi. Hətta Ukrayna müharibəsi də uzun müddət Moskva və Sankt-Peterburq kimi meqapolislərdən uzaq tutulub:

"Rusiya rəhbərliyi öz siyasətini elə qurub ki, səfərbər olunan əsgərlər, hərbi qulluqçular daha çox əyalətlərdən olsun. Yəni Moskvadan, Peterburqdan, Nijni Novqorod, Vladivostok, yəni bu tip böyük şəhərlərdən olmasın, daha çox muxtar ərazilərin payına düşsün. Və rus ordusunda verdiyi itkilərin sayına biz nəzər salsaq, daha doğrusu hansı regionlardan olduğuna baxanda görürük ki, ən çox itkilər, yəni ən çox ölən əsgərlər hardandır? Başqırdıstan, Tatarıstan, Şimali Qafqaz respublikaları, yəni daha çox qeyri-rus əhalinin yaşadığı, eləcə də ruslar olsa belə, belə deyək, Qlubinkada yaşayan, yəni ucqar şərq vilayətlərində yaşayan rus əhalisindən daha çox itkilər verib indiyə qədər rus ordusu. Amma böyük şəhərlərin əhalisinə demək olar ki, bu müharibənin ciddi bir təsiri olmamışdı son vaxtlara qədər".

Moskva və Peterburqda "Təhlükəsizlik" xofu

Politoloqun sözlərinə görə, indi vəziyyət köklü şəkildə dəyişib və müharibə artıq Rusiyanın elitar təbəqəsinin və böyük şəhərlərinin qapısını döyür:

"Amma indi artıq əhali bunu hiss etməyə başlayıb. Özdə iki istiqamətdən hiss etməyə başlayıb. Birinci, təhlükəsizlik, hansı ki ən təməl ehtiyacdır. İnsanlar bu günə qədər Rusiyanın əhalisi, xüsusən böyük şəhərlərin əhalisi, təhlükəsizliklə bağlı hər hansı problem yaşamırdı. Amma indi istər Moskvanın, istər Peterburqun əhalisi görür ki, artıq Moskvaya da dronlar düşməyə başlayır, yavaş-yavaş raketlər...".


Sizin reklam burada
Sizin reklam burada