Prezidentin təltif etdiyi Rauf Səlimov KİMDİR? – DOSYE

Prezidentin təltif etdiyi Rauf Səlimov KİMDİR? – DOSYE
15:50

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. 

News365.az xəbər verir ki, Sərəncama əsasən Səlimov Rauf Ağaməmməd oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 

Rauf Səlimov kimdir?  Rauf Səlimov 1964-cü il avqust ayının 23-də Bakı şəhərində anadan olub. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomları ilə bitirib. İqtisad elmləri namizədidir.   

O, 1985-ci ildən 1989-cu ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində iqtisadçı, 1989-cu ildən 2007-ci ilədək Dövlətstatkomun Aparatında sektor müdiri və şöbə müdiri vəzifələrində işləyib.   

Rauf Səlimov Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il 5 mart tarixli sərancamı ilə Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib. 

Evlidir, iki övladı var.


Sizin reklam burada
Sizin reklam burada