Feryal Gülmanın Instagram hesabı oğurlandı

Feryal Gülmanın Instagram hesabı oğurlandı
10:32

İtaliyadan Monakoya köçən, cəmiyyət həyatının tanınmış simalarından biri olan Feryal Gülmanın 237 min izləyicisi olan Instagram hesabı hakerlər tərəfindən ələ keçirilib.

News365.az-ın məlumatına görə, hesabın profil şəkli dəyişdirilib və səhifəyə başqa bir sosial media profili əlavə olunub. Feryal Gülman məsələ ilə bağlı açıqlamasında bunları deyib:

“Hesabımı tamamilə ələ keçirdilər. İnanmadım, heç nə edə bilmədim. Peşəkar dəstək alıram. 48 saat ərzində hesabıma yenidən qovuşacağımı ümid edirəm.”

Hadisədən qısa müddət sonra Gülman hesabını bərpa etdiyini açıqlayıb. Sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edən tanınmış sima bildirib:

“Zəhmət olmasa, hamı çox diqqətli olsun. Nə qədər təhlükəsiz olduğunu düşünsək də, əslində heç kim təhlükəsiz deyil.”

News365.az


Sizin reklam burada
Sizin reklam burada