ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Vitkovu daşıyan təyyarə Moskvaya çatıb.
News365.az-ın xəbərinə görə, bu barədə TASS-a aviadispetçerlərdəki dairələr məlumat verib.
“Ötən axşam ABŞ-dan yola düşən Uitkoffu daşıyan təyyarə Moskvaya çatıb”, - agentliyin mənbəsi bildirib.
Vnukovo hava limanında S.Vitkovu Rusiya İnvestisiya Fondunun rəhbəri və Rusiya Prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
***
00:11
Dövlət Departamenti ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun bu həftə Rusiyaya səfər edəcəyini təsdiqləyib, lakin səfərin gündəliyini açıqlamaqdan imtina edib.
News365.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.
"Hər şeydən əvvəl, (ABŞ Prezidenti Donald Tramp), əlbəttə (əvvəllər) xüsusi elçi Uitkoffun bu həftə Rusiyaya gedəcəyini qeyd etdi. Biz bunu tribunadan təsdiqləyə bilərik. Bunun nələri əhatə edəcəyi ilə bağlı sizin üçün heç bir təfərrüatım yoxdur", - o qeyd edib.
Bryus Uitkoffun səfərinin dəqiq tarixini açıqlamayıb.