"Uşaqlara adi su verin"- Pediatrdan ÇAĞIRIŞ

"Uşaqlara adi su verin"- Pediatrdan ÇAĞIRIŞ
09:08

Anomal istilərlə mübarizədə insanlar bəzən aciz qalırlar. İstidən özlərini necə qoruyacaqlarını bilmirlər. Bəziləri də istidən sığortalanmaq üçün daha çox maye qəbul edir. Bu bir tərəfdən yaxşıdır. Amma bir məsələ var ki, qəbul edilən mayenin çoxu rəngli və şirin sulardır. Bu isə insan orqanizminə ziyanlıdır. Ən pisi də odur ki, uşaqlar bu məsələdə daha çox aktivdir.

Mövzu ilə bağlı News365.az -a danışan pediatr Vaqif Qarayev deyir ki, havaların çox isti keçməsi suya olan tələbatı artırır:

“Ona görə də həm özünüz, həm də uşaqlar adi su qəbul etsə daha yaxşıdır. Uşaqlara rəngli içkilər verməyin. Energetik içkilərisə heç verməyin. Ziyanı barədə kifayət qədər deyilib. Onu araşdırmaqdansa, siz bu içkiləri verməyin, vəssalam. Su verin, adi su. Allahın adi suyunu verin!”

News365.az 


Sizin reklam burada
Sizin reklam burada