Federasiya prezidenti qəfil vəfat etdi

Federasiya prezidenti qəfil vəfat etdi
10:05

Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda qəfil vəfat edib.

News365.az-ın xəbərinə görə, bu barədə federasiyadan məlumat verilib.

2023-cü ildən federasiyaya rəhbərlik edən Arif Məmmədovun hansı səbəbdən həyatını itirməsi bildirilməyib.

Dünya və Avropa çempionu olan A.Məmmədovun nəşinin ölkəyə gətirilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, o, daha əvvəl Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədrinin müavini olub.



Sizin reklam burada
Sizin reklam burada