Kəlbəcərdə 39 yaşlı kişi minaya düşüb

Kəlbəcərdə 39 yaşlı kişi minaya düşüb
05 Avq 2025 22:15

Goranboy sakini Kəlbəcərdə minaya düşüb.

News365.az xəbər verir ki, hadisə Kəlbəcər rayonu ərazisində qeydə alınıb.

Belə ki, Goranboy rayonunun Qazanbulaq qəsəbə sakini 1986-cı il təvəllüdlü E. Tanrıverdiyev Kəlbəcər rayon ərazisində minaya düşərək xəsarət alıb.

O xəstəxanaya yerləşdirilib. Hal-hazırda vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada