Naxçıvanın paylayıcı elektrik şəbəkəsi yenidən qurulacaq və bərpa olunacaq.
News365.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, “Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulmasına və bərpasına dair 2026–2030-cu illər üçün “Tədbirlər Planı” təsdiq edilib.
“Azərişıq” ASC Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etməli və icranın gedişi barədə ildə bir dəfə dövlət başçısına məlumat verməli, Nazirlər Kabineti Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə növbəti illərdə dövlət büdcəsi layihələrində tələb olunan maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görməli, Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.