Sumqayıtda yeniyetmə qız hündürlükdən yıxılaraq ölüb

Sumqayıtda yeniyetmə qız hündürlükdən yıxılaraq ölüb
05 Avq 2025 23:00

Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

News365.az xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb. Belə ki, 2011-ci il təvəllüdlü Nuri Gülbahar Nuhəli qızı binanın yüksək mərtəbələrindən birindən yıxılaraq həyatını itirib.

İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada