Yəmən sahillərində qayığın batması nəticəsində ölən miqrantların sayı 86-ya çatıb

Yəmən sahillərində qayığın batması nəticəsində ölən miqrantların sayı 86-ya çatıb
05 Avq 2025 21:45

Ədən körfəzində Yəmən sahillərində qayığın batması nəticəsində ölən afrikalı miqrantların sayı 86-ya yüksəlib.

News365.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Yəmən mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, qayıqda Afrika ölkələrindən olan 170 miqrant olub, onlardan 42-si xilas edilib.

Daha əvvəl insident nəticəsində 76 nəfərin öldüyü bildirildi.

“Bab News” portalının məlumatına görə, avqustun 3-də səhər saatlarında Yəmənin cənubundakı Abyan əyalətinin sahillərində oromo xalqından (Şərqi Afrikanın ən böyük etnik qrupudur, əsasən Efiopiya və Keniyada yaşayırlar) olan onlarla qeyri-qanuni miqrantın cəsədi tapılıb. Ehtimal edilir ki, onlar Afrikadan gələn və pis hava şəraitinə görə batan qaçaqmalçılıq gəmisinin göyərtəsində olublar.


Sizin reklam burada
Sizin reklam burada