Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, avqustun 5-də ölkə ərazisində 47 yeni cinayət faktı qeydə alınıb, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması isə polis əməkdaşları tərəfindən təmin olunub.
News365.az xəbər verir ki, həmin gün axtarışda olan ümumilikdə 91 nəfər saxlanılıb. Onlardan 76-sı borclu şəxs qismində axtarışda olanlardır. Saxlanılan şəxslər aidiyyəti üzrə təhvil verilib.
Bundan əlavə, narkotiklərlə əlaqəli 28 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması ilə bağlı isə 6 fakt müəyyən olunub.
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.