Fransanın cənubunda böyük meşə yanğını baş verib

Fransanın cənubunda böyük meşə yanğını baş verib
05 Avq 2025 23:45

Günün ikinci yarısında qədim Ribot şəhərinin (Fransanın cənubundakı Od departamenti) yaxınlığında meşə yanğını baş verib.

News365.az xəbər verir ki, bu barədə regional prefektura “X” sosial şəbəkəsində məlumat yayıb.

"Ribot şəhəri ərazisində böyük yanğın baş verib. Onun söndürülməsi üçün əhəmiyyətli qüvvələr səfərbər edilib", - məlumatda deyilir.

BFMTV kanalının verdiyi məlumata görə, təbii fəlakət yerinə 430-dan çox yanğınsöndürən gedib.

Prefekturadan bildirilib ki, yanğının söndürülməsi ilə əlaqədar ərazidə yollar bağlanıb.


Sizin reklam burada
Sizin reklam burada