ABŞ yarış avtomobili sürücüsü dünya sürət rekordunu vurmağa cəhd edərkən ölüb

ABŞ yarış avtomobili sürücüsü dünya sürət rekordunu vurmağa cəhd edərkən ölüb
05 Avq 2025 21:45

ABŞ-li yarış avtomobili sürücüsü Kris Raşke Yuta dünya sürət rekordu vurmağa cəhd edərkən ölüb.

News365.az xəbər verir ki, bu barədə Cənubi Kaliforniya Zamanlama Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

60 yaşlı sürücü idarəetməni itirərək qəzaya uğramazdan əvvəl 285 mil/saat (450 km/saat) sürətə çatıb. Həkimlər onun həyatını xilas etməyə çalışsalar da, o aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.


Sizin reklam burada
Sizin reklam burada