"Artıq bacılarım evimə gəlmirlər"

"Artıq bacılarım evimə gəlmirlər"
17 İyl 2025 22:36

"Məni ailəmlə birləşdirən iki böyük dəyəri itirdim. Həftəsonu bacılarım hamısı bizə yığışırdı ki, atamla anamın başına toplaşırıq".

News365.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı verilişində deyib. Bir müddət əvvəl vəfat edən valideynlərindən danışan aparıcı kövrəlib. O bildirib ki, valideynləri vəfat etdiyi üçün bacıları ilə də istirahət günləri bir araya gəlmir:

"40 mərasimi bitəndə bacılarıma, uşaqlarına dedim ki, həftəsonu gəlin. Bilirəm ki, gəlməyəcəklər. Biz harada oluruqsa olaq həftəsonu bir araya gəlirdik. Hamı artıq bir raya gəlməyəcək, öz işinə gedəcək. Çünki orada atam, anam gözləyir, gedim ona dəyim olmayacaq".


Sizin reklam burada
Sizin reklam burada