74 yaşlı iştirakçı milyonluq sualı açdıra bildi - VİDEO

74 yaşlı iştirakçı milyonluq sualı açdıra bildi - VİDEO
17:56

Türkiyəli aktyor Oktay Kaynarcanın aparıcısı olduğu “Kim milyoner olmak ister?” verilişində maraqlı anlar yaşanıb.

News365.az xəbər verir ki, yarış iştirakçısı Günay Karataş milyonluq sualı açdırmağı bacarıb.

Belə ki, Muğlada yaşayan 74 yaşlı qadın əslində sosial şəbəkə fenomeni imiş. Kənd həyatından bəhs edən videolar paylaşmaqla milyonlarla izləyici toplayan qadın indi də özünü həmin proqramda sınayıb.

Bütün suallara ardıcıl olaraq doğru cavab verən Karataş 1 milyonluq sualın cavabında qərarsız qaldığı üçün 500 min TL (20 900 manat) ilə proqramdan ayrılmağı seçib. Lakin sonradan verdiyi açıqlamada evə gəldikdən sonra sözügedən sualın da cavabını tapa bildiyini deyib.

O qazandığı pulu nəvəsinin toyuna xərcləyəcəyini bildirib.

Qeyd edək ki, verilişdə ümumilikdə 13 sual yer alır.

Həmin verilişlə bağlı materialı təqdim edirik:


Sizin reklam burada
Sizin reklam burada