Söyüş məktəbinin müdavimləri - Tural İrfan yazır

Söyüş məktəbinin müdavimləri - Tural İrfan yazır
09:29
Bir məktəbi hörmətdən salmaq, müdərrisləri təhqir etmək və etdirmək üçün təsəvvür edin ki, bir qrup adam ölkədə söyüş, təhqirlə tanınır, əxlaqsızlıq edir və özünü də həmin məktəbin şagirdi, davamçısı kimi təqdim edir. Hətta köynəyinə, profilinə də o məktəbin şəklini, atributlarını yapışdırıb. Söyür, nadanlıq, cahillik edir, ədəbi, əxlaqı atıb ayaq altına əzir, hündürdən, nümayişkaranə şəkildə də elan edir ki, "mən filan məktəbin yetirməsiyəm!"
Bu gün Peyğəmbərin pak, əxlaq mücəssəməsi olan Əhli Beytini beləcə təhqir edirlər. Peyğəmbər Əhli Beytini belə zalım, qəddar və azğınların əlində əsir qalaraq ruhlarının inildəməsinə, istismar olunub çirkin niyyətlərə alət edilməsinə əsla dözə bilmərik. Bu zülüm Yezidin onlara etdiyi zülmdən daha betərdir.
Tural İrfan, dinşünas

Sizin reklam burada
Sizin reklam burada