Finlandiya hazırkı mərhələdə NATO-nun ABŞ-dan silah alınmasını nəzərdə tutan yeni proqramı vasitəsilə Ukraynaya yardımın ötürülməsində iştirak etməyəcək.
News365.az xəbər verir ki, Yle telekanalının məlumatına görə, bunu Finlandiyanın müdafiə naziri Antti Hakkanen bildirib.
O qeyd edib ki, Helsinki məhsulların fərqli proqram çərçivəsində alınmasına fokuslanıb.
"Biz öz resurslarımızı daxili sənaye proqramına ayırmışıq və bu proqram çərçivəsində bütün Finlandiyada şirkətlərimizdən Ukrayna üçün məhsullar sifariş edirik", - o deyib.
Onun sözlərinə görə, ölkə bu proqramı Ukrayna ilə birlikdə hazırlayıb ki, maksimum yardım göstərilsin.
Finlandiya eyni zamanda bu təşəbbüsün digər ölkələr tərəfindən dəstəklənməsini vacib sayır.