Qafqazın ilk Sovet İttifaqı qəhrəmanı- Ermənilərin qorxusu İsrafil Məmmədov

Qafqazın ilk Sovet İttifaqı qəhrəmanı- Ermənilərin qorxusu İsrafil Məmmədov
09:16
22 yaşında ikən eyni zamanda Lenin ordeni və Sovet İttifaqı Qəhrəmanı adı alan gəncəli balası İsrafil Məhərrəm oğlu Məmmədov. Müharibə illərində bütün SSRİdə "İsrafildən ibrət alın"..sözü yayılmışdı
İsrafil Məhərrəm oğlu Məmmədov əslən Şəmkir rayonunun Qapanlı kəndindəndir.1919-cu ildə ailəsi Gəncəyə köçüb. İsrafil Məmmədov 1919-cu il mayın 30-u günü anadan olmuşdur. Kiçik yaşlarından təhsil almağa maraq göstərən Məmmədov ilk əvvəl kənd məktəbində oxumuş, daha sonra isə Gəncə sənaye texnikumunu bitirmişdir. Texnikumu bitirdikdən sonra Gəncə şəhərində yerləşən toxuculuq kombinatında işləyib.
1939-cu ildə İsrafil orduya çağırıldı. Həmin ilin payızında İsrafil Rusiyanın Şimal -Qərbində yerləşən məhşur Novqorodda yerləşən hissənin əsgəri oldu.O hərbi hazırlıqda, müxtəlif texnikaya həvəs və maraq göstərməkdə fərqlənər, tə'lim dərslərindən ə'la qiymətlər alar, hərbi tarixə xüsusi fikir verər, texniki fənləri özünün istədiyi kimi öyrənmək, mənimsəmək üçün biliyini mütaliə yolu ilə artırardı. Hissənin həyatına uyğunlaşdıqca daha yaxşı oxuyur, özünün hazırlıqlı olması ilə yoldaşlarını və komandirlərini heyrətləndirərdi.
1941-ci il dekabrın əvvəllərində Moskva uğrunda gedən döyüşlərdə İ. Məmmədovun əfsanəvi igidliyi bütün ölkəyə yayıldı. O, təkbaşına 700-dən çox faşist öldürmüşdü. Dekabrın 11-də ona “Sovet İttifaqı Qəhrəmanı” adı verildi və bu ad ilk azərbaycanlı olaraq ona verilmişdi. Təkcə Azərbaycanda yox, müharibədə ondan əvvəl Qafqazda heç kəs SSRİ-nin bu ali mükafatına layiq görülməyib.
Gənc yaşlarından söz götürməyən, davakar adam olan İsrafil Məmmədovu ailəsi tez-tez erməni məhəllərində dava dalaşdan sonra milis bölmələrindən yığışdırdılar. Onun erməniləri görməyə gözü yox idi. Bir neçə dəfə həbsə düşən İsrafil Gəncədə dava zamanı bir erməni bıçaqlayıb öldürür. Onun qohumları İsrafildən qisas almaq üçün gecə ikən pusu qurub başına kərpiclə vururlar. Lakin Ona bir şey olmur. Təkbətək və qrup halında belə ona yaxın dura bilmirdilər.
Çəlimsiz bir gənc olan İsrafili o zaman şəhərin adlı-sanlı avtorietləri arasında xüsusi çəkisi olduğundan ona toxuna bilmirdilər. Lakin o dövr artıq dünyada milyonlarla insanın ölümünə səbəb olacaq müharibə başlanmışdı və baş serjant kimi döyüşə yollanan İsrafil qısa zamanda əsgərlər arasında seçilir. 20 nəfərlə 400 nəfərlik alman qoşununa qarşı savaşan İsrafil tək qalır səngərdə. Bir neçə yerə ölən əsgərlərin silahın qoyub ordan burdan almanlara atəş açır ki, tək olduğu bilinməsin.
70 nəfəri öldürən İsrafili yaralı halda digər əsgərlər xilas edə bilirlər. Bu döyüşdə İsrafil Məmmədov ən çox faşisti məhv etdiyiüçün ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilib. Mircəfər Bağırov onu nə qədər idarə etməyə çalışsa da yenidən müharibəyə gedən İsrafil Məmmədov döyüşlərin birində boğazından yaralanır
Onun müalicə aldığı hospitalın həkimi erməni İsrafili vərəm xəstələri olan otaqda yatızdırır. Vərəm xəstəliyinə düşən İsrafil Məmmədov Azərbaycana geri qayıdır. Bağırovun vasitəsilə Yaltada müalicə alan qəhrəman elə ilk gün orda rəhmətə gedir. Məlum olur ki, onun ölümünə fitva Baqramyan tərəfindən verilir.
Erməni tibb bacısının vurduğu zəhərli iynə Qəhrəmanın ömrünə son verir. Sonradan Baqramyanın göstərişi ilə, tibb bacısı olan erməni digər yerə işə təyin edilir.
Bir versiya da var. İsrafil Məmmədov başqa bir zabit təfəfindən Yalta şəhərində bıçaqlanıb və ağır yaralardan ölüb. Həmin zabit dərhal tutuldu və həbsdə özünü asıb. Lakin bu versiya təsdiq edilməyib.
Zaur Əliyev, tarixçi alim

Sizin reklam burada
Sizin reklam burada