Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü NECƏDİR?

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü NECƏDİR?
21:20

2026-2027-ci tədris ilində Prezident təqaüdünə layiq görülən tələbələrin universitetlər üzrə sayı məlum olub.

News365.az Azedu.az-a istinadən xəbər verir ki, onlardan 35-i Bakı Ali Neft Məktəbinin tələbəsidir:

"Azərbaycan Tibb Universiteti - 25 nəfər

ADA Universiteti - 18 nəfər

Bakı Dövlət Universiteti - 15 nəfər

UNEC - 5 nəfər

Dövlət İdarəçilik Akademiyası - 2 nəfər".

Prezident İlham Əliyev 2026–2027-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026–2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilib.


Sizin reklam burada
Sizin reklam burada