Beyinə dərman daşıyan mikrorobotlar hazırlanıb

Beyinə dərman daşıyan mikrorobotlar hazırlanıb
26 Noy 2026 20:00
ABŞ alimləri dərmanları birbaşa beyinə çatdırmaq üçün işıqla idarə olunan mikrorobotlar hazırlayıblar. 

News365.az xəbər verir ki, Caltech Universitetinin tədqiqatçıları tərəfindən yaradılan bu texnologiya qan-beyin baryerini keçməkdə çətinlik çəkən dərmanların daşınmasını asanlaşdırmağı hədəfləyir.
Sınaqlar zamanı siçanlara yeridilən mikrorobotlar infraqırmızı işıq vasitəsilə aktivləşdirilib və dərmanların beyinə çatdırılmasına kömək edib. Glioblastoma adlı beyin şişi üzərində aparılan təcrübələrdə yeni sistem əvvəlki üsullarla müqayisədə təxminən 5 dəfə çox dərmanın beyinə çatmasına imkan verib.
Alimlər texnologiyanın gələcəkdə beyin şişləri və digər nevroloji xəstəliklərin müalicəsində istifadə oluna biləcəyini düşünürlər. Lakin metod hələ eksperimental mərhələdədir.

Sizin reklam burada
Sizin reklam burada