Tovuz rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News365.az xəbər verir ki, hadisə rayonun mərkəzi bazarının yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1983-cü il təvəllüdlü R.Həsənova və 1996-cı il təvəllüdlü J.Həsənovanı vurub.
Hər iki piyada xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.