"Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidməti yaxın illərdə Ermənistan ərazisində fəaliyyətini tamamilə dayandıracaq".
News365.az.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib.
Paşinyan qeyd edib ki, Ermənistan artıq dövlət sərhədlərini müstəqil şəkildə qorumaq imkanına malikdir.
"Bu müddət ərzində Ermənistanın sərhədlərində xidmət apardıqları üçün Rusiya sərhədçilərinə minnətdarıq. Lakin hesab edirəm ki, yaxın illərdə öz sərhədlərimizin təhlükəsizliyinə görə məsuliyyəti tamamilə öz üzərimizə götürməyin vaxtı çatıb", – deyə Paşinyan vurğulayıb.