Yaponiya Ayda su axtaracaq xüsusi rover hazırlayır

Yaponiya Ayda su axtaracaq xüsusi rover hazırlayır
21:00

Yaponiya Ayın cənub qütbündə su ehtiyatlarını araşdırmaq üçün xüsusi kosmik rover hazırlayır.

News365.az xəbər verir ki, Yaponiyanın kosmik agentliyi LUPEX adlandırılan aparatın sınaq modelini ictimaiyyətə təqdim edib.

Yaponiya və Hindistanın birgə həyata keçirməyi planlaşdırdığı missiyanın 2028-ci ildə reallaşdırılması nəzərdə tutulur.

Roverin əsas vəzifəsi Ayın daim kölgədə qalan ərazilərində suyun mövcudluğunu, miqdarını və keyfiyyətini araşdırmaqdır.

Alimlər gələcəkdə Aydakı su ehtiyatlarından raket yanacağının istehsalında istifadə etməyin mümkün olacağını düşünürlər. Bu isə kosmik missiyaların daha uzunmüddətli və sərfəli olmasına şərait yarada bilər. 


Sizin reklam burada
Sizin reklam burada