Estoniyanın xarici işlər naziri Azərbaycana gəlir - Səfirliyin açılışı olacaq

Estoniyanın xarici işlər naziri Azərbaycana gəlir - Səfirliyin açılışı olacaq
17:35

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna sabah Azərbaycana səfər edəcək.

News365.az xəbər verir ki, səfər çərçivəsində Bakıda Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək.

Marqus Tsahknanın Azərbaycan rəsmiləri ilə görüşlərində ikitərəfli münasibətlərin inkişafı, Ukraynaya dəstək imkanları, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq. Estoniya tərəfinin sülh prosesinə dəstəyini ifadə edəcəyi gözlənilir.

Bundan əlavə, Estoniya Xarici İşlər Nazirliyinin Arktika məsələləri üzrə xüsusi səlahiyyətli diplomatik nümayəndəsi Toomas Lukk Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.

Estoniya Xarici İşlər Nazirliyi, Estoniya Elmlər Akademiyası, İqlim Nazirliyi və Estoniya Qütb Klubunun təşkilatçılığı ilə baş tutacaq “Soyuqda idarəçilik: Arktika və Antarktida ilə bağlı qərarların qəbulunda elm və geosiyasət” adlı konfransda qütb regionlarının təhlükəsizliyi, Avropa İttifaqının yeni Arktika strategiyası və Antarktida siyasətinin formalaşdırılmasında alimlərin rolu müzakirə ediləcək.

Qeyd edək ki, Estoniyanın Azərbaycandakı səfirliyinə Bakıda rezident səfir kimi fəaliyyət göstərən Tiina Nirk rəhbərlik edir.


Sizin reklam burada
Sizin reklam burada