Ankarada FETÖ üzvlüyünə görə axtarışda olan üç nəfər saxlanılıb

Ankarada FETÖ üzvlüyünə görə axtarışda olan üç nəfər saxlanılıb
22:20

Türkiyənin paytaxtı Ankarada FETÖ terror təşkilatına üzv olmaqda və konstitusiya quruluşunu devirməyə cəhddə təqsirləndirilərək axtarışda olan üç nəfər saxlanılıb.

News365.az xəbər verir ki, Ankara Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi ilə Kəşfiyyat Şöbəsinin əməkdaşları şəhərdə axtarışda olan şəxslərin tutulması istiqamətində əməliyyat keçiriblər.

Əməliyyat zamanı “silahlı terror təşkilatına üzv olmaq” və “konstitusiya quruluşunu devirməyə cəhd” cinayətlərinə görə axtarışda olan FETÖ üzvlərinin olduğu ünvanlar müəyyən edilib.

Müəyyən edilən ünvanlara keçirilən əməliyyatlar nəticəsində bir ildir axtarışda olan və barəsində 18 il müddətinə azadlıqdan məhrumetmə barədə qəti hökm çıxarılmış A.A., üç ildir axtarışda olan K.N. və yeddi ildir axtarışda olan N.K.Ç. saxlanılıblar.


Sizin reklam burada
Sizin reklam burada