Türkiyədə məşhurların da adının hallandığı narkotik istintaqı çərçivəsində saxlanılan şəxslərlə bağlı qərar verilib. Müğənni Ceylan Kaya həbs edilib, aralarında Özcan Deniz və Deniz Çakırın da olduğu bir neçə tanınmış şəxs isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
News365.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
İstanbul Baş Prokurorluğunun apardığı araşdırma narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadəsi və saxlanılması, həmçinin fahişəliklə bağlı iddiaları əhatə edir.
İstintaq çərçivəsində saxlanılan aktrisalar Burcu Özberk və Deniz Çakır, müğənni Özcan Deniz, eləcə də Murat Ceylan, Ufuk Gündoğdu, Deniz Sözen, Murat Başoğlu, İbrahim Yılmaz və Onur Yüksel məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıblar.
Prokurorluqda ifadə verən Özcan Deniz narkotik vasitələrdən istifadə etmədiyini və bu cür şəxslərlə heç bir əlaqəsinin olmadığını bildirib. Deniz Çakır isə ittihamları rədd edərək yalnız həkim resepti ilə verilən dərmanlardan istifadə etdiyini və narkotik vasitələrlə əlaqəsinin olmadığını qeyd edib.