Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşdü

Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşdü
16:28

Baş nazir Əli Əsədov Slovakiyanın Baş prokuroru Maroş Jilinka ilə görüşüb.

Bu barədə News365.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlər üzrə daha da dərinləşdirilməsi üçün geniş potensialın mövcud olduğu vurğulanıb.

İki ölkənin prokurorluq orqanları arasında əlaqələrin dinamikası yüksək qiymətləndirilib, bu sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub. Bu baxımdan Azərbaycan və Slovakiyanın baş prokurorluqları arasında bu gün imzalanan əməkdaşlıq proqramının əhəmiyyətinə toxunulub.

Görüşdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev iştirak edib.


Sizin reklam burada
Sizin reklam burada