Prezidentin təltif etdiyi Necmeddin Taşbağ KİMDİR?

Prezidentin təltif etdiyi  Necmeddin Taşbağ KİMDİR?
14:37

Xəbər verdiyimiz kimi “Sahibkarlar Günü” ilə bağlı Azərbaycanda sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslər "Tərəqqi" medalı ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs "Tərəqqi" medalı ilə təltif edilib. Təltif edilənlər arasında mətbuat işçilərinin dostu, xeyriyyəçi və bacarıqlı iş adamı Necmeddin Taşbağ da var.

Məlumat üçün bildirək ki, Necmeddin Taşbağ Binəqədi rayonunda fəaliyyət göstərən “Kartaş” MMC-nin Baş direktorudur.

"Kartaş Kimya" MMC, 2000-ci ildən Azərbaycanda fəaliyyət göstərərək Mr. Fix brendi altında tikinti kimyəviləri istehsal edir. Şirkət müasir texnologiyalarla təchiz olunmuş Sumqayıt Kimya Sənaye Parkında yerləşən zavodunda geniş çeşidli məhsullar istehsal edərək daxili bazarı təmin etməklə yanaşı, ixrac imkanlarını da artırmağı hədəfləyir. Şirkətdə 250 nəfər işçinin çalışması planlaşdırılır. İstehsal prosesində yüksək keyfiyyət və ekoloji standartlar ön planda tutulur, bu isə məhsulların müasir texnologiya ilə hazırlanmasını və beynəlxalq standartlara uyğunluğunu təmin edir. Şirkət ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi çərçivəsində fəaliyyət göstərir və bütün məhsullar beynəlxalq keyfiyyət standartlarına uyğun olaraq istehsal olunur.

Necmeddin Taşbağ gənc kadrların hazırlanması üçün müxtəlif layihələr həyata keçirir, ali təhsil müəssisəsləri ilə keyfiyyətli əməkdaşlıq edir. Eyni zamanda Necmeddin Taşbağ ölkəmizdə xeyriyyəçi kimi də böyük hörmət qazanıb.

Biz də dəyərli iş adamı,xeyriyyəçi insan, mətbuatın dostu- Necmeddin Taşbağı ali mükafat alması münasibəti ilə təbrik edir,  ona bundan sonra da Azərbaycanın inkişafı və çiçəklənməsi üçün fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

News365.az


Sizin reklam burada
Sizin reklam burada