Polşa niyə Belarusla sərhəddə müdafiə strukturları tikir?

Polşa niyə Belarusla sərhəddə müdafiə strukturları tikir?
25 Yan 2025 10:46

Polşa Belarusla sərhəddə müdafiə strukturları tikməyə davam edir. Bu barədə Associated Press (AP) məlumat yayıb.

Rusiya Ukraynada hərbi əməliyyatlara başladıqdan sonra bufer zonaya çevrilmiş sərhədin 400 km-ə yaxın hissəsini 13 minə yaxın sərhədçi və əsgər qoruyur. Oxşar istehkamlar respublikanın Kalininqradla şimal sərhədində yerləşir.

Polşa Ukraynanın əsas logistika sponsorudur. Qərbin verdiyi silah, sursat və texnikanın böyük hissəsi oradan keçir. AP belə hesab edir ki, Rusiya isə Belarusdan qoşunları üçün tramplin kimi istifadə edir: "Polovetse şəhəri yaxınlığındakı sərhəddə 5,5 metr hündürlüyü olan polad maneələr, tikanlı məftillər və çoxsaylı müşahidə kameraları var. Dronlar, helikopterlər və zirehli texnika sərhədi izləyir. Sərhəd keçidi bağlıdır".

Tural


Sizin reklam burada
Sizin reklam burada