Azərbaycanda ötən gün polis əməkdaşları tərəfindən 45,3 kiloqram narkotik aşkarlanıb.
Bu barədə News365.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bundan başqa, iyulun 24-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 4 ton çəkidə 17782 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.