Səhiyyə Nazirliyi vətəndaşlara peyvəndi payız aylarında – oktyabr və noyabrda vurdurmağı məsləhət görür.
News365.az xəbər verir ki, bu barədə qurumun mütəxəssis-eksperti, terapevt Zakir Quliyev Nazirliyin rəsmi səhifəsində keçirilən canlı yayım zamanı məlumat verib.
Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da eyni tövsiyəni irəli sürüb. Mütəxəssis vurğulayıb ki, məhz bu aylarda vurulan peyvəndlər mövsümi xəstəliklərə qarşı daha effektiv qoruma təmin edir.
News365.az