Ekspert Xidmət rəsmisinə iradlarını bildirdi: “Nə tez unutduq?”

Ekspert Xidmət rəsmisinə iradlarını bildirdi: “Nə tez unutduq?”
11:18

“Bizim ölkədə nə elektromobil, nə də hibrid nəqliyyat vasitələri istehsal edilir”.

Bu sözləri iqtisadçı Fuad İbrahimli deyib.

O, Dövlət Vergi Xidmətinin Vergi Siyasəti baş idarəsinin rəisi Nicat İmanovun sözlərinə təəccübünü bu cür ifadə edib. 

Xatırladaq ki, N. İmanov elektromobil və “hibrid”lərin ƏDV-yə cəlb edilməsinin yerli istehsala dəstək məqsədi daşıdığını bildirib. Xidmət rəsmisi hətta növbəti ildən elektrik və hibrid avtomobillərin Azərbaycanda istehsalının planlaşdırılıdığını qeyd edib.

Fuad İbrahimli dövlət rəsmisinin sözlərini absurd sayır:

“Ötən il Azərbaycanda COP29 keçirildi. Bu tədbir nə ilə bağlı idi? Nə tez unutduq? COP29-un əsas mahiyyəti bu idi ki, ekoloji siyasəti dəstəkləyək. Eyni zamanda, elektromobilləri, hibridləri artıraq. Amma Rusiya, İran, Türkiyə kimi avtomobil istehsalında kifayət qədər təcrübəli yaxın qonşuları nəzərə alsaq, bizim üçün rəqabət çətin olacaq”.

Ekspert vurğulayıb ki, hibrid və elektromobillərin satışına tətbiq ediləcək verginin yeganə məqsədi büdcə daxilolmalarını artırmaqdır:

“Hansısa avtomobil modelinin hissələrini yığa və onun bir sıra hissələrini istehsal edərik. Amma Vergi Xidməti rəsmisinin xaricdən gətirilən hibrid və elektromobillərə vergi tətbiqi ilə bağlı açıqlaması məntiqdən kənardır. Biz hələ elektromobil və hibrid istehsalına başlamamışıq. Hazırda istehsal edilən benzin və dizel yanacağı ilə çalışan maşınları digərləri ilə ümumiyyətlə müqayisə etmək olmaz. Xidmətin məqsəd yalnız istənilən yolla büdcəyə vergi daxilolmaları artırmaqdır”. /// Yeni Sabah


Sizin reklam burada
Sizin reklam burada