Pekin Silahlanır, ABŞ Xəbərdarlıq Edir: Tayvana Hərbi Müdaxilə Qaçılmazdır?

Pekin Silahlanır, ABŞ Xəbərdarlıq Edir: Tayvana Hərbi Müdaxilə Qaçılmazdır?
13:44

Rusiya ilə Çin arasında hərbi tərəfdaşlıq yalnız piyada qoşunları və PUA operatorlarının təlimi ilə bitmir. Qərb mənbələrinin məlumatına görə, Moskva Pekinə hava və raketdən müdafiə texnologiyaları ötürməklə yanaşı, Çin nüvə sualtı qayıqlarının radarlardan gizlənmə imkanlarını da artırır. Paralel olaraq, tərəflər raketdən erkən xəbərdarlıq sisteminin ortaq istehsalı üzərində işləyirlər.

Hərbi ekspert İbrahim Rüstəmli News365.az-a açıqlamasında bildirib ki, Çinin xarici siyasətində bir nömrəli hədəf Tayvanı yenidən öz tərkibinə qatmaqdır:

"Çin lideri Si Cinpin məsələnin dinc yolla həllinə üstünlük versə də, lazım gələrsə güc tətbiqini də istisna etmir. Digər tərəfdən, Vaşinqton olası toqquşmada Tayvanı hərbi cəhətdən müdafiə edəcəyini açıq şəkildə bəyan edir."

Ekspertin fikrincə, Tayvanın Çinə birləşdirilməsi və ya mümkün hərbi müdaxilə vaxt məsələsidir:

"Mövcud şəraitdə ABŞ-nin birbaşa müdaxilə riski Çini tələsik addımlar atmaqdan çəkindirir. Yaxın gələcəkdə hərbi əməliyyatların başlaması gözlənilməsə də, bu toqquşmanın nə vaxtsa baş verəcəyi qaçılmazdır."


Sizin reklam burada
Sizin reklam burada