Paşinyanın
daha bir layihəsi iflas edir.
Məlumdur ki,
Zəngəzur dəhlizinə alternativ olaraq Paşinyan yeni Şimal-Cənub magistral yolunu
təklif edirdi. Və bunun üçün də yeni yolun inşasını da zəruri saymışdı.
Rəsmi İrəvan
bu yolun ən qısa zamanda tikiləcəyini bildirmişdi. Amma sonradan layihə 2033-ci
ilə qədər uzadıldı.
Bu günlərdə
isə bəyan edilib bu layihə ən tez-2033-cü ildə reallaşa bilər. Ermənistanın
Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi etiraf edib ki, Sisian-Kacaran
avtomobil yolunun Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin İran sərhədinə qədər
olan 60 kilometrlik hissəsinin tikintisini həyata keçirən ölkənin yol
inşaatçıları qrafikdən xeyli geri qalıb və magistralın tamamlanması üçün yeni
tarix müəyyənləşdiriblər.
Nazirliyin əməkdaşı
David Xudatyan hökumətin iclasında bildirib ki, magistral 2033-cü ilin
noyabrına qədər tikiləcək.
Bundan əvvəl
Nazirlik layihənin 2031-ci ilin sonuna qədər tamamlanacağına söz vermişdilər.
Yolun şimal
hissəsinin uzunluğu körpü və tunellər də daxil olmaqla 27,1 km-dir. Ümumi dəyəri
335 milyon avrodur ki, bunun da 236 milyon avrosu Asiya İnkişaf Bankının kredit
maliyyəsi hesabınadır. 8,65 km uzunluğunda Bərgüşat tunelinin və magistralın
24,25 km cənub hissəsinin tikintisi xüsusi problemlər yaradır. Şimal hissəsində
yolun üçzolaqlı, eninin isə 11 m olması nəzərdə tutulur ki, bu da magistralda
sürəti 100 km/saata çatdırmağa imkan verə bilər.
Amma görünən
odur ki, Ermənistan 60 kilometrlik yolu heç 60 ilə tikə bilməyəcək.
News365.az