Paşinyandan Qarabağla bağlı sensasion iddia: “Qarabağ məsələsi 1996-cı ildə həll olunmuşdu”

Paşinyandan Qarabağla bağlı sensasion iddia: “Qarabağ məsələsi 1996-cı ildə həll olunmuşdu”
14:13

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin keçmiş xarici siyasəti və Qarabağ münaqişəsinin pərdəarxası məqamları ilə bağlı səs-küy doğuracaq bəyanatlar səsləndirib.

News365.az xəbər verir ki, hökumət başçısı Ermənistanın illərdir bir "tələ"yə düşdüyünü və əsas məqsədin erməni dövlətçiliyinin yaradılmasının qarşısını almaq olduğunu bildirib.

Paşinyanın sözlərinə görə, Qarabağ məsələsinin həlli çərçivəsi hələ 1996-cı ildə Lissabon sammitində müəyyən edilmişdi və əslində o vaxtdan məsələ artıq həll olunmuş hesab edilirdi.

O qeyd edib ki, sonradan baş verən bütün gecikdirmələr və müharibənin təxirə salınması cəhdləri Ermənistanın suverenliyini məhv etməyə xidmət edib.

"Biz çox tez başa düşdük ki, Ermənistan tələyə düşüb və bizim vəzifəmiz ölkəni bu vəziyyətdən çıxarmaq idi. Qurbanlar və itkilər bahasına olsa da, biz Ermənistan dövlətçiliyini o tələdən xilas etdik", — deyə Baş nazir vurğulayıb.

Paşinyan həmçinin əlavə edib ki, 2018-ci ildə hakimiyyətə gələndə qarşılaşdıqları ssenari Ermənistanın suveren bir dövlət kimi deyil, müxtəlif mərkəzlərdən "nəfəs almaq üçün icazə alan" bir "banan dövləti" kimi qalmasını nəzərdə tuturdu.

Baş nazir 2016-cı ilin aprel döyüşlərini də xatırladaraq, həmin hadisələrin münaqişənin həlli ilə bağlı yeni və artıq hər kəsə məlum olan təkliflər paketi ərəfəsində baş verdiyini bildirib. 


Sizin reklam burada
Sizin reklam burada