Danışıqlar davam edir - FOTOLAR - YENİLƏNİB

Danışıqlar davam edir - FOTOLAR - YENİLƏNİB
21 İyn 2026 22:55

İran nümayəndə heyəti İsveçrədə ABŞ-la keçirilən məsləhətləşmələrin məkanını tərk etməyib və danışıqlarda iştirakını davam etdirir.

News365.az xəbər verir ki, bu barədə ABŞ-ın "Axios" portalının jurnalisti Barak Ravid "X" hesabında diplomatik mənbəyə istinadən məlumat yayıb.

    “İsveçrədəki danışıqlarda iştirak edən diplomatın sözlərinə görə, İran nümayəndə heyəti oranı tərk etməyib və ABŞ-İran danışıqları hələ də davam edir”, – deyə jurnalist bildirib.

    Qeyd edək ki, bundan əvvəl İranın Tasnim agentliyi ABŞ Prezidenti Donald Trampın təhdidlərinə etiraz olaraq İran nümayəndə heyətinin danışıqlar məkanını tərk etdiyini və məsləhətləşmələrin dayandırıldığını yazmışdı.


    20:42


    İran nümayəndə heyəti İsveçrənin Bürqenştok şəhərində ABŞ ilə İran arasında memorandum üzrə keçirilən danışıqların dayandırılmasından sonra Qətər nümayəndələri ilə ikitərəfli məsləhətləşmələrə başlayıb.

    News365.az xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio şirkəti məlumat yayıb.

    Bundan əvvəl "Fars" agentliyi ABŞ və İran arasında memorandumla bağlı dördtərəfli formatda keçirilən danışıqların nümayəndə heyətlərinin daxili məsləhətləşmələr aparmasına ehtiyac yarandığı üçün 80 dəqiqədən sonra dayandırıldığını bildirmişdi.

    Məlumata görə, fasilədən sonra İran nümayəndə heyəti Qətər tərəfinin nümayəndələri ilə ayrıca ikitərəfli görüş keçirib.


    19:40


    İsveçrənin ev sahibliyi etdiyi İran-ABŞ diplomatik təmaslarında tərəflər daxili müzakirələr aparmaq üçün dialoqa müvəqqəti ara vermək qərarına gəliblər.

    News365.az xəbər verir ki, bu barədə məlumatı İranın “Fars” agentliyi yayımlayıb.

    Pakistan və Qətərin vasitəçilik missiyasını yerinə yetirdiyi görüşlərdə diplomatların fasilə zamanı öz hökumətləri ilə əlaqə quracağı və son vəziyyəti dəyərləndirəcəyi bildirilir.

    İran XİN-in sözçüsü İsmayıl Bəqai qeyd edib ki, tərəflər daxili məsləhətləşmələri yekunlaşdırdıqdan dərhal sonra yenidən masa arxasına əyləşəcəklər. Onun sözlərinə görə, diplomatik marafonun bugünkü raundunun saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) yekunlaşması planlaşdırılır.

    15:44

    İsveçrədə Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında görüş başlayıb.

    News365.az xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.

    Bildirilib ki, görüşdə Livanda atəşkəs və İran aktivlərinin blokdan çıxarılması müzakirə olunur.

    Məlumata görə, danışıqlarda İran nümayəndə heyəti memorandumun beş bəndinin həyata keçirilməsinə nail olmağa çalışır.


    Sizin reklam burada
    Sizin reklam burada