Ermənistan lideri Nikol Paşinyan ultramillətçilər - Robert Köçəryan və Serj
Sarkisyana qarşı ikinci cinayət təqibinə başlamaq niyyətini açıqlayıb. O qeyd
edib ki, 2008-ci il martın 1-də nümayişçilərin qətli ilə bağlı iş sona qədər
araşdırılmalıdır.
Paşinyan hesab edir ki, 2008-ci il martın 1-də keçirilən prezident seçkilərinin
nəticələrinə qarşı etiraz aksiyaları zamanı hakimiyyət tərəfindən 10 nəfərin
öldürülməsi ilə bağlı iş tam araşdırılmayıb:
“Elə detallar var ki, onlar heç vaxt tam araşdırılmayıb və hüquqi qiymət verilməyib.
Mən heç vaxt deməmişəm ki, iş tam həll olunub, “tam” sözünü işlətməmişəm. Hesab
edirəm ki, 1 mart işində hüquqi qiymət tələb edən hallar var”.
Bununla da o, 7 il əvvəl söylədiyi sözləri təkzib edibş Xatırladaq ki, 2018-ci
ilin yayının sonunda Paşinyan iddia etmişdi ki, 1 mart işi hərtərəfli
araşdırılıb və ölümlərə görə məsuliyyət daşıyanların müəyyən edilməsində heç
bir çətinlik yoxdur.
Nəzərə alaq ki, o zaman 1 mart hadisəsindən Paşinyan hökuməti Ermənistanda
keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın başçılıq etdiyi millətçi
qüvvələri sıxışdırmaq üçün istifadə edirdi. Halbuki Sarkisyan (2008-ci il
seçkilərində qalib gəlmişdi) artıq 2019-cu ildə sadəcə şahid idi və az qala həbsxanaya
düşəcək Köçəryan 2021-ci ilin əvvəlində Konstitusiya Məhkəməsinin qərarı ilə
ittihamdan azad edildi ki, millətçilər növbədənkənar parlament seçkilərinə gedə
bilsinlər.
Nikol Paşinyanın son bəyanatı da seçkilərlə bağlı ola bilər. Çünki, gələn
il Ermənistan yenidən parlament seçəcək. Təsadüfi deyil ki, millətçilər isə
artıq seçki kampaniyasına başlayıblar. Məsələn, fevralda türkofobiya siyasətinin
ideoloqu Robert Köçəryan uzun fasilədən sonra ilk böyük müsahibəsini verib. Bu
mənada Paşinyanın siyasi düşmənlərinə və parlamentdəki yerlər uğrunda birbaşa rəqiblərinə
əngəllər yaratmaq üçün 1 mart işinin yenidən araşdırılmasına göstəriş verməsi təbiidir.
Qeyd edək ki, Köçəryana təkrar hücuma hazırlığa ötən ilin payızında başlayıb. Bəlkədə bu səbəbdən noyabrda məlum olub ki, istintaq eks-prezidentə qarşı ittihamların yenidən formalaşdırılmasını və onun ittiham olunduğu əsas maddənin dəyişdirilməsini təklif edir.
Bunun ardınca bu günlərdə Nikol Paşinyan bildirdi ki, 1 mart işini həll
etməklə o, yalnız etirazçıya qarşı bütün zorakılıq faktlarının müəyyən edilməsini
nəzərdə tutur. Bu cinayətlərin iştirakçıları və təşkilatçıları isə hədəfdə
yoxdur. Beləliklə, “Qarabağ klanı”nın hökmranlığının davam etməsinə etirazların
17-ci ildönümündə Ermənistan hakimiyyəti Birinci Qarabağ müharibəsinin hərbi
cinayətkarları Robert Köçəryan və Serj Sarkisyanı ən azı Ermənistan daxilində
törətdikləri vəhşiliklərə görə cəzalandırmaq cəhdləri yenidən başlayır. Bu hansısa
ədalətin pərpası yox, siyasi qısqanclıq olsa belə istinilən cinayətkarın cəzalandırılması
təqdirəlayiqdir.
News365.az