“Sərvətlərinin
bölüşdürülməsi uğrunda mübarizənin bu qədər artmasına görə Ukraynanın hansı sərvətlərə
sahibi olduğunu bir az araşdırdım. Məlum oldu ki, mübarizə heç də ABŞ rəhbəriin
dediyi kimi 500 milyard dollar üzərində deyil. Ukrayna, 18 trilyon dollar dəyərində
yeraltı sərvətlərə malikdir. Bu sərvətlər arasında litium, qrafit, kobalt,
titan və nadir torpaqlar kimi sənaye üçün vacib minerallar yer alır. Bu ölkə
titan, sirkonium, qrafit və manqan istehsalı üzrə dünya üzrə ilk 10 ölkə
arasında yer alır. Onun litium ehtiyatları, təxminən 500,000 metrik tonla
Avropada ilk sıralarda gəlir”.
Bunu News365.az –a söhbətində iqtisadçı
ekspert Eldəniz Əmirov deyib. O
bildirib ki, Ukraynanın nadır torpaq
metalları ehtiyatları arasında lantan, serium, neodimium və itrium kimi mühüm
elementlər movcuddur ki, bunlar müxtəlif yüksək texnologiyalı sahələrdə, o cümlədən
elektrik maşınları, külək turbinləri və nüvə enerjisi üçün istifadə olunur:
“Bu
sərvətləri ələ keçirən və ya bu sərvətlərdən pay qopara bilən ölkələr müdafiə sənayesi
və təhlükəsizlik məsələlərində, yüksək texnologiyalar və istehsal prosslərində,
elektrikli nəqliyyat və eneirji keçidində, ümumi iqtisadi inkişafda, geosiyasi
rəqabətdə ciddi uğurlar və hətta liderlik mövqeyi əldə edə biləcəkdir.
Çünki,
litium və kobalt kimi minerallar, elektrikli avtomobillər və enerji saxlama
texnologiyaları üçün vacibdir. Nadir torpaq metalları, yüksək texnologiyalar və
külək turbinləri kimi sahələrdə istifadə olunur. Titan və digər minerallar, hərbi
avadanlıqların istehsalında vacibdir. Bu sərvatlərin hasilatı və emalı
iqtisadiyyatı gücləndirərək, beynəlxalq ticarətdə mühüm rol oynamağa imkan verəcəkdir.
Beləliklə,
Ukraynanın sərvətlərinə nəzarət edən ölkə, qlobal diplomatik təsirini
artıraraq, strateji üstünlük əldə edə bilər”.
News365.az