Oturaq
həyat tərzi günümüzün reallığıdır. Dünyanın bir çox ölkələrində əhalinin əksəriyyəti
oturaq həyat tərzindən əziyyət çəkir.
Bəs,
uzun müddət oturmağın təhlükəsi nədir və sağlamlığınızı necə qorumalısınız?
News365.az
sualın cavabı
üçün xarici mətbuatda araşdırma aparıb. Araşdırmalar nəticəsində məlum olub ki,
ilk növbədə fiziki fəaliyyətin olmaması və uzun müddət bir vəziyyətdə qalma qan
dövranı problemlərinə gətirib çıxarır, ürək-damar sistemi əziyyət çəkir. Oturaq
iş insult, hipertoniya və dərin damar trombozunun inkişaf riskini artırır.
Oturaq
həyat tərzi bel və boyun ağrılarına, osteoxondroza səbəb olur və dayaq-hərəkət
sistemində problemlər başlayır. Oturaq iş maddələr mübadiləsinin yavaşlamasına
gətirib çıxarır ki, bu da nəinki artıq çəki artımına, həm də şəkər xəstəliyinə
səbəb ola bilər.
Həmçinin
çox oturan və az hərəkət edən insanların mədə-bağırsaq traktında problem
yaranır və həzmləri pisləşir. Hərəkətin olmaması toxumalara oksigen tədarükünü
azaldır, nəfəs darlığına, başgicəllənməyə və artan yorğunluğa səbəb olur. Bundan
əlavə, çox oturanlarda sinir sistemində problemlər yarana bilər. Narahatlıq
yaranır, zəif qan tədarükü konsentrasiyanı və yaddaşı azaldır, həkim xəbərdarlıq
edib.
Mütəmadi
olaraq ayağa qalxmaq və uzanmaq, liftlərdən imtina edib pilləkənlərdən istifadə
etmək, təmiz havada gəzintiyə vaxt ayırmaq və rahat iş yeri yaratmaq vərdişinə
yiyələnməklə, oturaq işin sağlamlığınıza təsirini azalda bilərsiniz.
News365.az