Paşinyan Makronla sülh prosesini MÜZAKİRƏ ETDİ

Paşinyan Makronla sülh prosesini MÜZAKİRƏ ETDİ
19:20

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

News365.az xəbər verir ki, bu barədə Ermənistan Hökumətinin mətbuat xidməti məlumat yayıb.

Həmsöhbətlər Ermənistan-Fransa münasibətlərinin gündəliyini müzakirə edərək, ikitərəfli əlaqələrin dərinləşdirilməsinə hazır olduqlarını bir daha təsdiqləyiblər.

Paşinyan ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsinin, o cümlədən Ermənistandan ixrac imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.

Qeyd olunur ki, tərəflər həmçinin Ermənistan-Avropa İttifaqı səviyyəsində əlaqələrin dərinləşdirilməsini və bir sıra beynəlxalq məsələləri nəzərdən keçiriblər.

Liderlər Ermənistanla Azərbaycan arasındakı sülh prosesini də müzakirə edərək, regionda sabit və uzunmüddətli sülhün bərqərar olunmasının əhəmiyyətini qeyd ediblər.

Fransa prezidenti Ermənistanın baş nazirini parlament seçkilərində qazandığı qələbə münasibətilə bir daha təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.


Sizin reklam burada
Sizin reklam burada