Paşinyan indi də Moskva çayında velosiped sürdü -VİDEO

Paşinyan indi də Moskva çayında velosiped sürdü -VİDEO
14:45

MDB-yə üzv ölkələrin dövlət başçılarının sammitində iştirak etmək üçün Moskvaya gələn Ermənistanın baş naziri Nikol Paşinyan Moskva çayı ətrafında velosipedlə gəzintiyə çıxıb. O, bununla bağlı videonu özünün Telegram kanalında yerləşdirib.


"Moskva çayı boyunca çox gözəl velosiped yolu var və bu gün biz bu yolda velosiped sürdük", - Ermənistan Nazirlər Kabinetinin rəhbəri deyib.

Qeyd edək ki, ötən ay ABŞ və Fransada olan Paşinyan hər iki ölkədə də oxşar addımlar atmışdı. Paşinyanın veloturları ölkəsində narazılıqla qarşılanır. Erməni cəmiyyəti baş naziri daha ciddi işlər, siyasətlə məşğul olmamaqda ittiham edir.



Tural


Youtube kanalımız

Oxşar xəbərlər