Paşinyan daxili və xarici təzyiqləri balanslaşdırır

Paşinyan daxili və xarici təzyiqləri balanslaşdırır
12:40

Ermənistanda və regionda təhlükəsizlik məsələləri, eləcə də Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı müzakirələr davam edir.

Hərbi ekspert Üzeyir Cəfərov News365.az-a açıqlamasında bildirib ki, Rus sülhməramlılarının bölgədə fəaliyyəti müəyyən müddət nəzərdə tutulsa da, proseslər gözləniləndən daha tez yekunlaşıb.

Ekspertin sözlərinə görə, əvvəl planlaşdırılan müddətdən fərqli olaraq, sülhməramlıların bölgədən çıxması 2024-cü ildə baş verib və bu, Azərbaycanın siyasi iradəsi ilə bağlı olub.

Üzeyir Cəfərov qeyd edib ki, Ermənistan ərazisində bəzi hərbi obyektlərin yaradılması daha çox xarici təhlükələrə qarşı, xüsusilə NATO və Türkiyə istiqamətində mümkün ssenarilər nəzərə alınaraq planlaşdırılıb.

Onun fikrincə, hazırkı mərhələdə Nikol Pashinyan prosesləri nisbətən rahat idarə edir və daxili siyasi təzyiqləri balanslaşdırmağa çalışır.

Ekspert əlavə edib ki, Paşinyan seçki kampaniyasını davam etdirərkən həm daxili, həm də xarici təzyiqləri müəyyən qədər neytrallaşdıra bilir.

Üzeyir Cəfərovun sözlərinə görə, Ermənistanın siyasi qərarlarında müxtəlif güc mərkəzlərinin – dini, iqtisadi və siyasi təsirlərin rolu da nəzərə çarpır və bu amillər regiondakı ümumi vəziyyətə təsir göstərir.


Sizin reklam burada
Sizin reklam burada