İrandan İsrailə xəbərdarlıq - Livanı tərk edin

İrandan İsrailə xəbərdarlıq - Livanı tərk edin
17:19

İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı briqada generalı İsmayıl Qaani İsrailin Livan ərazisindən öz iradəsi ilə geri çəkilməli olduğunu, əks halda bölgədən çıxarılacağını bildirib.

News365.az xarici mediaya istinadən xəbər verir ki, Qaani sosial şəbəkə hesabında paylaşdığı açıqlamada İsrailin Livandakı işğalına son qoymalı olduğunu vurğulayıb.

O qeyd edib ki, İsrail Livan ərazisini tamamilə tərk etməlidir.

“Bu torpaqlar işğalçıların oyun meydanı deyil, müqavimət və qətiyyət məkanıdır. Sionistlər bu gün öz azad iradələri ilə geri çəkilməsələr, sabah alçaldılmış və çarəsiz vəziyyətdə məğlub olaraq qaçmağa məcbur qalacaqlar”, – deyə Qaani bildirib.


Sizin reklam burada
Sizin reklam burada