Parlamentdə komitə iclasları başlayır - Tarix MƏLUM OLDU

Parlamentdə komitə iclasları başlayır - Tarix MƏLUM OLDU
02 Sen 2025 16:30

Milli Məclisin deputatları ötən gün tətildən qayıdıblar.

News365.az xəbər verir ki, sentyabrın 10-dan parlamentdə komitə iclasları başlayacaq.

Komitələrin ilk iclaslarında 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı layihəsi müzakirə ediləcək.

Payız sessiyasının plenar iclasları isə sentyabrın 30-dan etibarən start götürəcək. 

Milli Məclisin Daxili Nizamnaməsinə görə, payız sessiyası dekabrın 30-dək davam edir.


Sizin reklam burada
Sizin reklam burada