Panama Xarici İşlər Nazirliyi Rusiyadakı səfiri Holman Delbert Catlin Toddu geri çağırmaq qərarına gəlib. Bu barədə “La Prensa” qəzeti Panama Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Nəşr xüsusi olaraq xatırladıb ki, Ketlin Todd vəzifəyə rəsmi başlamasından cəmi iki ay sonra işindən azad edilir: "Diplomat etimadnaməsinin surətlərini fevralın 10-da Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Sergey Ryabkova təqdim etmişdi".
XİN isə bu müəmmalı hadisəni belə izah edib ki, səfir vəzifəsi sərbəst şəkildə təyin edilir və o dəyişdirilə bilər: "Buna görə də onun vəzifədən azad edilməsi ictimai əsaslandırma tələb etmir. Panamanın Moskvadakı diplomatik missiyasına kimin rəhbərlik edəcəyi hələlik məlum deyil".
Qeyd olunur ki, Ketlin Todd böyük təcrübəyə malik karyeralı diplomatdır. Qəzetin yazdığına görə, səfir bu vəzifədə yeni işə başlamasından sonra nazirin geri çağırılma qərarı qurumun əməkdaşlarında suallar yaradıb.
Tural