Pakistanda məscidin yaxınlığında güclü partlayış baş verib.
News365.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Xeybər-Paxtunxva vilayətində qeydə alınıb.
Məlumata görə, partlayış cümə namazı vaxtı baş verib. Hadisə nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Yaralananlar arasında polis əməkdaşlarının da olduğu bildirilir.
Partlayış nəticəsində məscidin binasına ciddi ziyan dəyib.
İlkin məlumata görə, partlayıcı yüklü avtomobil məscidin yaxınlığında yerləşən obyektlərdən birinə çırpılıb.